“Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”na edilən dəyişikliklər qüvvəyə minib.
GDP xəbər verir ki, Mərkəzi Bankın Sədri Taleh Kazımovun imzası ilə təstiq etdiyi yenilənmiş qaydalara əsasən, beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılışı, yerləşdirilməsi və tədavülü ilə bağlı yeni tələblər müəyyən edilib. Əsas dəyişikliklər buraxılış şərtlərinin daha detallı tənzimlənməsi, kütləvi və qapalı təkliflərə dair prosedurların dəqiqləşdirilməsi, eləcə də emissiyanın dayandırılması və ləğvi ilə bağlı yeni müddəaların əlavə olunması ilə bağlıdır.
Qaydalar beynəlxalq təşkilatların Azərbaycan bazarında daha şəffaf və tənzimlənən şəkildə fəaliyyət göstərməsini təmin etməyə yönəlib.