Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi 3 aprel 2026-cı il tarixində “PAŞA BANK” ASC-nin səhmlərinin ticarətə buraxılmasına “Ticarətə İcazə” qərarı verib.
Qərar əsasında bankın adi, sənədsiz adlı səhmləri kütləvi abunə yazılışı yolu ilə ticarətə çıxarılacaq. Səhmlər üzrə dövlət qeydiyyat nömrəsi (İSİN) AZ1012006628, ümumi sayı isə 932 926 ədəddir.
İlkin ticarət qiyməti və buraxılış həcmi abunə yazılışına 5 iş günü qalmış açıqlanacaq. Ticarətə buraxılma, abunə yazılışı və yerləşdirmə tarixləri isə emitent tərəfindən sonradan bildiriləcək.
Emitentin tam adı: “PAŞA BANK” ASC. Səhmlərin emissiya prospekti ilə BFB-nin rəsmi internet səhifəsində “Emitentin profili” bölməsindən tanış olmaq mümkündür.
Əsas anderrayterlər “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, “ABB-İnvest İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

