Biləsuvar rayonunda cari ilin taxıl biçini başa çatıb.
GDP xəbər verir ki, bu il rayonda payızlıq və yazlıq olmaqla 33 936,5 hektar sahədə taxıl əkilib.
Bunun 9 698,9 hektarı buğda, 24 237,6 hektarı arpa sahəsidir.
Zəmilərdə yetişən məhsul biçilib, 95 532,2 ton məhsul götürülüb və orta məhsuldarlıq 28,55 sentner olub. O cümlədən, 28 572,2 ton buğda toplanıb ki, burada da orta məhsuldarlıq 29,5 sentner, 66 960 ton arpa götürülüb ki, burada da orta məhsuldarlıq 27,6 sentner təşkil edib.
Taxıl biçininə 80 ədəd kombayn cəlb edilib. Onlardan 7 ədədi Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Biləsuvar bölməsinə, 36 ədədi digər rayon bölmələrinə, 37 ədədi isə fiziki şəxslərə məxsus olub.