Kriptovalyuta birjası Binance, ABŞ-ın keçmiş prezidenti Donald Trump-a məxsus World Liberty Financial (WLFI)adlı kripto layihəsi ilə əməkdaşlıq etməyi nəzərdən keçirir. Bu barədə Wall Street Journal (WSJ) nəşri məlumat yayıb.
Eyni zamanda, Binance, ABŞ-ın Maliyyə Nazirliyi ilə danışıqlar aparır və bu, birjanın ABŞ bazarına tam qaydada qayıtması üçün müsbət bir addım kimi qiymətləndirilə bilər. Danışıqların məqsədi, Binance-in üzləşdiyi məhdudiyyətlərin yumşaldılmasıdır.
Məqalədə həmçinin bildirilir ki, razılaşma çərçivəsində, Binance-in baş direktoru Çanpen Çjao (CZ), prokurorlara Justin San ilə əlaqəli məlumatlar təqdim etməyi qəbul edib. Lakin həm CZ, həm də San bu məlumatları təkzib edərək, WSJ-in yanlış məlumat yaydığını iddia ediblər. CZ öz açıqlamasında, Wall Street Journal-ın “yenə də yanlış məlumat yaymağa davam etdiyini” vurğulayıb.
Bu xəbərlər, Binance-in ABŞ bazarına geri dönmə və fəaliyyətini genişləndirmə planlarını daha da ciddiləşdirir.