Bitcoin-in qiyməti 95,000 dollarlıq psixoloji həddi aşaraq kəskin enib. Səbəb isə populyar kriptobirja Bybit-ə qarşı həyata keçirilən kiberhücum olub.
GDP xəbər verir ki, mütəxəssislər bildirirlər bu hadisə investorlar arasında ciddi narahatlıq yaradıb, panik satışları sürətləndirib və bazarda güclü dalğalanmalara səbəb olub. Hücumun miqyası və fəsadları hələ tam məlum olmasa da, kriptovalyuta bazarında qeyri-müəyyənlik davam edir.