ABŞ prezidenti Donald Tramp ölkənin strateji kriptovalyuta ehtiyatının yaradılması haqqında fərman imzalayacağını açıqladıqdan sonra, Bitcoin-in qiyməti kəskin artıb.
GDP xəbər verir ki, Kriptovalyuta ticarət həcminə görə ən böyük birja olan Binance platformasında Bitcoin-in qiyməti Bakı vaxtı ilə 20:23-ə olan məlumata əsasən, son 24 saat ərzində 7,62% artaraq 91 530 dollara çatıb. CoinMarketCap portalının məlumatına görə, 20-dən çox birjanın orta göstəricisinə əsasən, Bitcoin-in qiyməti 7,93% yüksələrək 91 724 dollara çatıb.
Mövcud məlumatlara əsasən, Bitcoin-in qiymət artımı davam edir.
Tramp Truth Social sosial şəbəkəsində dərc etdiyi açıqlamada yeni kripto ehtiyatına Cardano (ADA), Solana (SOL), Ripple (XRP) kimi kriptovalyutaların daxil olacağını bildirib. Daha sonra ABŞ prezidenti Bitcoin və Ethereum-un bu strateji ehtiyatın əsasını təşkil edəcəyini vurğulayıb.