Dünyanın iki ən böyük fondu investorların geri çəkə biləcəyi vəsaitin məbləğini məhdudlaşdırıb.
GDP xəbər verir ki, BlackRock özünün özəl kredit fondundan 1,2 milyard dollar həcmində vəsaitin çıxarılması ilə bağlı müraciətləri dondurub. Aktivləri 26 milyard dollar olan bu fondun investorları vəsaitlərinin 9,3%-ni geri çəkmək istəyiblər.
Lakin BlackRock çıxarışları məhdudlaşdıraraq maksimum 5% səviyyəsində icazə verib.
Aktivləri 82 milyard dollar olan Blackstone fondu da eyni həftə ərzində rekord sayda vəsait çıxarılması müraciətləri ilə üzləşib. Çıxarış xərclərini qarşılamaq üçün Blackstone öz vəsaitlərindən 400 milyon dollar yatırmalı olub.
Oxşar problemlər Blue Owl OBDC II fonduna da təsir edib və burada vəsaitlərin çıxarılması müvəqqəti olaraq dayandırılıb.

