Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatının Yaxın Şərq ölkələrinin iqtisadiyyatına ağır zərbə vuracağını açıqlayıb.
GDP xəbər verir ki, təşkilatın hesabatına görə, belə bir ssenari regional ölkələrin ümumi ÜDM-in 3,7-6%-nin itkisinə, yəni 120-194 milyard dollar həcmində iqtisadi ziyana səbəb ola bilər.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı xəbərdarlıq edir ki, münaqişənin genişlənməsi nəticəsində regionda 4 milyona qədər insan yoxsulluq həddinin altına düşə bilər. Eyni zamanda, Şərqi Aralıq dənizi ölkələrində yoxsulluq səviyyəsinin 5% artacağı, bununla da əlavə 2,85-3,3 milyon insanın yoxsulluq içində yaşamağa məcbur olacağı proqnozlaşdırılır.
BMT-nin qurumu regionda artan gərginliyin təkcə hərbi deyil, həm də dərin sosial-iqtisadi nəticələr doğuracağını vurğulayır və beynəlxalq ictimaiyyəti vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çağırır.

