“BOA AGENCY” ASC-nın növbədənkənar səhmdar yığıncağı 31 iyul 2025-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4 mkr, 36D ünvanındakı ofisdə (3-cü mərtəbə, iclas zalı) keçiriləcəkdir.
GDP xəbər verir ki, yığıncağın gündəliyində üç əsas məsələ yer alır:
- 2025-ci ilin yarımillik maliyyə nəticələrinin müzakirəsi.
- Dividentlərin verilməsi məsələsinə baxılması.
- Digər məsələlər.
Ümumi yığıncağın gündəliyi ilə bağlı əlavə məlumatları Cəmiyyətin hüquq şöbəsindən əldə etmək mümkündür. Hüquq şöbəsi, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4 mkr, 36D ünvanında, iş günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.
Qeyd edək ki, “BOA AGENCY” ASC, kredit müqavilələri və digər hüquqi əsaslarla yaranmış müvafiq tələb hüquqlarına mülkiyyət hüququnu əldə edərək onların həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. Şirkət, müştərilərinə borc tələb etmə və qaytarma prosesində hüquqi və maliyyə xidmətləri təqdim edir.
“BOA AGENCY” ASC-nin səhmdarları Yadulla Yusifov və Rüstəm Hacıyevdir, hər biri şirkətin 50%-lik səhmlərinə sahibdir