Etalon neft markalarının qiymətləri əvvəlki gün 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə endikdən sonra çərşənbə səhəri yüksəlir.
GDP xəbər verir ki, bakı vaxtı ilə saat 8:14-ə Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin dəyəri bir barel üçün 69,59 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,4 dollar və ya 0,58% bahadır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində oktyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,38 dollar və ya 0,58% artaraq 66,13 dollar təşkil edib.