Neft qiymətlərinin enişi bu gün axşam saatlarında güclənib.
GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin kotirovkaları Bakı vaxtı ilə saat 19:21-də 3,32 dollar (4,28%) ucuzlaşaraq 74,2 dollar/barelə bərabər olub.
Brent nefti bu il ilk dəfə olaraq bir barel üçün 75 dollardan aşağı düşüb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti 2,78 dollar (3,78%) azalaraq 70,77 dollar/barelə bərabər olub.