Neft qiymətləri bir gün əvvəl kəskin enişdən sonra cüzi enib.
GDP xəbər verir ki, bu həftə bazar Federal Ehtiyat Sisteminin (FED) iclasını, ABŞ-ın yanacaq ehtiyatlarına dair məlumatları və cümə axşamı baş tutacaq OPEC+ görüşünün nəticələrini gözləyir.
Bakı vaxtı ilə saat 8:04-ə Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti bir barel üçün 79,49 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,29 dollar və ya 0,36% azdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində sentyabr ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,32 dollar və ya 0,42% ucuzlaşaraq 75,49 dollar olub.