Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib.
GDP xəbər verir ki, bu artım ABŞ-ın Hörmüz boğazında tankerlərin müşayiəti ilə bağlı strategiyasını yenidən nəzərdən keçirməsi fonunda baş verir.
ABŞ Energetika naziri Kris Rayt bildirib ki, Vaşinqton artıq tankerlərin dərhal müşayiətinə başlamağı planlaşdırmır. Yeni strategiyaya əsasən, əvvəlcə İranın mövqeləri zəiflədilməli, yalnız bundan sonra vəziyyət uyğun olduqda Hörmüz boğazından keçən gəmilərin müşayiəti təmin edilməlidir.
Ekspertlərin fikrincə, belə yanaşma həm regionda geosiyasi gərginliyin artmasına, həm də enerji bazarlarında qiymətlərin yüksəlməsinə təsir göstərir. Hörmüz boğazı qlobal neft tədarükünün mühüm hissəsinin keçdiyi əsas tranzit marşrutlarından biri hesab olunur.
Bazar iştirakçıları qeyd edir ki, yaranmış vəziyyət enerji qiymətlərində əlavə volatillik yarada və ABŞ üçün həm siyasi, həm də iqtisadi baxımdan əlavə dividendlər gətirə bilər.

