Brent markalı neftin qiyməti 80 dollar/barelə yüksəlib
Benchmark neft qiymətləri ABŞ-dan gələn zəif statistik məlumatların səbəb olduğu bir gün əvvəl kəskin enişdən sonra yüksəlir.
GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin dəyəri Bakı vaxtı vaxtı ilə saat 8:02-yə bir barel üçün 80 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,48 dollar və ya 0,6% çoxdur. Bir gün əvvəl bu kontraktların qiyməti 1,32 dollar və ya 1,6% ucuzlaşaraq 79,52 dollar/barel olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,49 dollar və ya 0,64% artaraq bir barelə görə 76,8 dollar təşkil edib. Kontrakt 1,6 dollar və ya 2,1% azalaraq 76,31 dollar/barel olub.