Brent nefti 3 həftəlik minimuma enib
GDP xəbər verir ki, zəif bazar əhval-ruhiyyəsi Yaxın Şərqdən gələn riskləri üstələdiyi üçün Brent markalı neftin fyuçersləri bir barel üçün 70 dollara qədər ucuzlaşaraq üç həftənin ən aşağı səviyyəsinə çatıb.
Qiymətlər Çindən tələbin zəifləməsi ilə bağlı narahatlıqlarla yanaşı, OPEK-in dekabrda hasilatı artırmaq planlarına əməl edəcəyi gözləntilərinin təzyiqi altındadır.
OPEC bazarı qiymətləndirmək üçün çərşənbə günü iclas keçirəcək.