Brend markalı neftin qiymətləri çərşənbə axşamı səhər saatlarında düşür.
Londonun ICE Futures birjasında may fyuçersləri üzrə Brent markalı neftin dəyəri Moskva vaxtı ilə 8:16-ya olan məlumata görə, barel üçün 92,89 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin yekunundan 6,07 dollar (6,13%) aşağıdır.
Nyu-York Əmtəə Birjasının elektron ticarətində aprel fyuçersləri üzrə WTI nefti bu vaxta qədər qiymətdə 6,19 dollar (6,53%) ucuzlaşaraq barel üçün 88,58 dollar olub.
Qiymətlər, hər iki markanın barel üçün təxminən 120 dollar səviyyəsində ticarət olunduğu bazar ertəsi günü əldə edilmiş üç ildən çox müddətin maksimumlarından geri çəkilir.

