Londonun ICE birjasının məlumatlarına görə, “Brent” markalı neftin 2026-cı ilin iyun ayı fyuçerslərinin 1 barrelinin qiyməti hərraclar zamanı 115 dolları ötüb.
GDP xəbər verir ki, bu göstərici 2026-cı il martın 19-dan bəri ilk dəfə qeydə alınıb. Bakı vaxtı ilə saat 01:15-ə olan məlumata əsasən, “Brent” fyuçerslərinin qiyməti 2,74% bahalaşaraq 115,65 dollara yüksəlib.
Xatırladaq ki, bundan əvvəl “Wall Street Journal” qəzeti treyderlərə istinadən xəbərdarlıq etmişdi ki, əgər Vaşinqton yaxın gələcəkdə İranla münaqişəni diplomatik yolla həll edə bilməsə, ABŞ enerji böhranı ilə üzləşə bilər. Bundan əlavə, ekspertlər ölkələr arasındakı danışıqların nəticəsiz qalacağından ehtiyat edirlər.

