Londonun ICE birjasında Brent markalı neftin qiyməti 23 iyun 2025-ci ildən bəri ilk dəfə olaraq bir barel üçün 81 ABŞ dollarını keçib.
GDP xəbər verir ki, bu barədə birja ticarət məlumatları göstərir.
Yeni ticarət həftəsinin əvvəlində neftin qiymətində kəskin artım qeydə alınıb.
Hazırda artım 12,2% təşkil edir.
Ekspertlər qiymət artımını Yaxın Şərqdə gərginliyin eskalasiyası ilə əlaqələndirirlər. Regionda baş verən son hadisələr enerji bazarlarında riskləri artıraraq neft kotirovkalarına birbaşa təsir göstərib.
Qeyd edək ki, son artım qlobal enerji bazarlarında qeyri-müəyyənliyin davam etdiyini göstərir.

