Neft qiymətləri bazar ertəsi günü azalma tendensiyası göstərir, bu, keçən həftəki düşüşün davamıdır.
GDP xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında mart ayı üçün Brent neftinin futures müqavilələrinin qiyməti Moskva vaxtı ilə saat 8:20-ə olan məlumata görə hər barrel üçün 77,93 dollar təşkil edir ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiymətindən 0,57 dollar (0,73%) aşağıdır.
Nyu-York Ticarət Birjasının elektron ticarətində mart ayı üçün WTI neftinin futures müqavilələrinin qiyməti isə hər barrel üçün 74,09 dollara qədər azalaraq 0,57 dollar (0,76%) ucuzlaşıb.