Kanadanın TD Bankı narkotik kartelinin pullarının yuyulmasına görə rekord məbləğdə-
GDP xəbər verir ki, bu bank ABŞ-da onuncu, Kanadada isə ikinci ən böyük bankdır. 2018-ci ilin yanvarı ilə 2024-cü ilin aprel ayları arasında bankın əməliyyatlarının 90%-dən çoxu nəzarətsiz qalıb və bu, böyük məbləğdə pulların yuyulmasına imkan verib.
Wall Street Journal-ın məlumatına görə, TD Banka qarşı təhqiqat ABŞ hakimiyyətinin Çin cinayətkar qrupunun üzvlərinin bank filialları vasitəsilə fentanil satışından əldə edilən milyonlarla dolları yuduğu və bank işçilərinə rüşvət verdiyi şübhəli əməliyyatları aşkar etdikdən sonra başlayıb.