Korrespondensiya analizindən gəlinən nəticələrə görə analizlər göstərir ki, digər supermarketlərə nisbətdə 24%-lə «ARAZ» ən çox paya sahib olan müştəriləri bazasına malikdir .
GDP xəbər verir ki, bu barədə Business İnsight-ın paytaxt Bakı və rayonlarada yaşayan 1008 nəfər respondent arasında apardığı “Tövsiyə Çempionları” araşdırmasının nəticələrində məlumat verilir.
Demək olar ki, hər 4 nəfərdən biri «ARAZ»ın müştərisidir. Amma buna baxmayaraq, NPS(Beynəlxalq Müştəri Loyallığı İndeksi) qiymətləndirməsinə görə «ARAZ» ən yaxın rəqibləri 31.4 bal ilə «BAZARSTORE» və «BRAVO»dan, hətta sektor ortalamasında geridə qalaraq 3-cü pillədə qərarlaşıb .
«ARAZ» əsasən alternativi olmayan bölgələrdə daha yüksək qiymətləndirilir. Alternativi olan bölgələrdə isə rəqibləri «ARAZ»ın önünə keçir. Bu baxımdan da xüsusilə alternativsiz bölgələrdə «etibar edilən», «Lider» kimi qiymətləndirilir. Analizlər göstərir ki, alternativlər çoxaldıqca müştərilər digər mağazaları «ARAZ»a dəyişməyə meyillidirlər.