2025-ci ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
GDP xəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən verilən məlumata görə, bu zaman ərzində xəzinədarlıq orqanları tərəfindən 1 milyon 283 mindən çox ödəniş tapşırığı icra edilib. Bu, dövlət büdcəsinin səmərəli idarə edilməsi və maliyyə vəsaitlərinin vaxtında və tam hesabına daxil olması ilə əlaqədardır.

