2024-cü ilin avqust ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,1 faiz təşkil edib.
GDP Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşıb
- Uzun və yumru düyü
- Mal və qoyun əti
- Kolbasa məmulatları
- Kərə yağı
- Zeytun yağı
- Limon
- Ərik
- Xiyar
- Sarımsaq
- Soğan
- Kartof
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.