Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 4 milyard 378 milyon 217 min manat təşkil edib.
GDP xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur.
O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 32,1 % artaraq 1 milyard 411 milyon 951 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 3,5 % azalaraq 2 milyard 809 milyon 397 min manat, aksizlər üzrə daxilolmalar 11,4 % azalaraq 130 milyon 843 min manat, yol vergisi üzrə daxilolmalar isə 14 % azalaraq 26 milyon 27 min manat olub