Azərbaycan Dövlət İqtisad Universiteti və İsveçrə Konfederasiyasının Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi sayılan HES-SO Ali idarəetmə və iqtisadiyyat məktəbinin birgə əməkdaşlığı ilə təşkil olunan “Business in Eurasia” adlı blok kurs proqramı çərçivəsində tələbələrin Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) səfəri baş tutub.
GDP xəbər verir ki, ARDNF-nin inzibati binası və muzeyi ilə tanış olduqdan sonra tələbələrə Fond əməkdaşları tərəfindən təqdimat keçirilib. ARDNF-nin rəhbər heyətinin iştirakı ilə keçirilən infosessiyada tələbələrə Fondun investisiya fəaliyyəti, neftdən əldə edilən gəlirin bölündüyü sahələr, vəsaitlərin idarə olunması, Hasilatın Pay Bölgüsü sazişləri, Fond tərəfindən maliyyələşdirilən strateji əhəmiyyətli layihələr və ARDNF-nin büdcə sistemində və ölkə iqtisadiyyatında tutduğu mövqe barədə ətraflı məlumat verilib və tələbələrin sualları cavablandırılıb.