“Business Insight” Beynəlxalq Araşdırma Qrupu tərəfindən aparılan “MOBİL TƏTBİQ DÜNYASI” araşdırmasının nəticələri açıqlanıb. Sorğuya əsasən, ölkə əhalisinin 73%-i mobil operator tətbiqlərindən istifadə edir.
Paytaxt və regionlar arasında istifadə faizində müəyyən fərq müşahidə olunur. Belə ki, paytaxt sakinlərinin 76%-i, region sakinlərinin isə 71%-i bu tətbiqlərdən yararlanır. Gender fərqi də qeydə alınıb: mobil tətbiq istifadəçiləri arasında 54% təşkil edən kişilərin sayı 46% təşkil edən qadınlardan çoxdur.
Araşdırma gənc nəslin bu texnologiyalara daha meyilli olduğunu aşkar edib. 35 yaşadək respondentlərin 79%-i mobil operator tətbiqlərindən istifadə edir. Bu göstərici 36 yaş və yuxarı olan şəxslərdə 66% təşkil edir.