Çinin “BYD Company Limited” şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının lokallaşdırılması üzrə müqavilə imzalanıb.
GDP xəbər verir ki, Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda illik 500 ədəd elektrik avtobus istehsalı planlaşdırılır.
Layihəyə 17.1 milyon ABŞ dolları investisiya qoyulacaq və 600 yeni iş yeri yaradılacaq. 2030-cu ilədək mərhələli şəkildə lokallaşma səviyyəsinin 40%-ə çatdırılması hədəflənir.
COP29 konfransı çərçivəsində pilot layihə olaraq ölkəyə 160 ədəd BYD markalı elektrik avtobus gətirilib və artıq marşrut xətlərinə buraxılıb.
Layihədə “Azərbaycan İnvestisiya Şirkəti” ASC payçı, “Electrify Azerbaijan” MMC isə BYD-nin yerli tərəfdaşı kimi iştirak edir. BYD şirkəti gələcəkdə elektriklə işləyən yüngül yük maşınları və minik avtomobillərinin istehsalını da planlaşdırır.
Qeyd edək ki, BYD 2023-cü ildə 3 milyon yeni enerji avtomobili satışı ilə dünya birincisi olub.