2024-cü ilin ilk altı ayında dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 1953,5 milyon manatı istifadə olunub.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışda məlumat verilib.
Bildirilir ki, 2024-cü ilin yanvar-iyun aylarında dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər 1270,3 milyon manat təşkil etmiş və ya dövlət büdcəsinin həmin dövr üzrə ümumi xərclərinin 7,9 %-inə bərabər olmuşdur.