İnvestisiyaların da sığortalanmasını nəzərdə tutan dəyişikliyin edilməsi gözlənilir.
GDP xəbər verir ki, bunu “PAŞA Kapital” İnvestisiya şirkətinin İdarə Heyətinin sədri Ceyhun Hacıyev şirkətin maliyyə göstəricilərinə həsr olunmuş mətbuat konfrasında deyib.
O bildirib: “Hazırda bildiyiniz kimi depozitlərin sığortalanması ilə bağlı bir qanun var. İnvestisiyaların da sığortalanmasını nəzərdə tutan dəyişikliyin edilməsi gözlənilir. İnvestisiyaların sığortalanması nə deməkdir? Hərhansı bir investisiya şirkətinin defolt olduğu, yəni ödəniş qabiliyyətini itirdiyi halda Mərkəzi Bankın həmin investisiya şirkəti vasitəsi ilə investisiya etmiş vətəndaşların aktivlərin bərpası ilə bağlı prosedurları özündə ehtiva edir.”
Ceyhun Hacıyev fikirlərini milsallarla izah edib “Bu nədən ibarətdir? Əgər müştəri yerli dövlət istiqrazlarını, korparativ istiqrazları alıbsa bunlar artıq Milli Depozit Mərkəzində saxlanılır yəni onların aktivləri Milli Depozit Mərkəzindədir onların itkisi mümkün deyil. Müştəri əgər xarici bazardan hərhansı bir sahm alıbsa bu onun xarici kastodian hesabında saxlanılır ki, bu halda da itkiyə mümkün deyil. Yalnız müştəri hesabına vəsait mədaxil edib yerləşdirilməni həyata keçirməyib və bu dövr ərzində hərhansı bir defolt halı baş verərsə həmin vəsaitin bərpası nəzərdə tutulur”