PAŞA Kapital-dan növbəti mühüm anderraytinq layihəsi
“GDP xəbər verir ki, bunu “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Direktoru Ceyhun Hacıyev deyib.
O bildirib ki, ölkənin aparıcı bankı Kapital Bank-ın 50 milyon dollar dəyərində istiqrazlarının 30 milyon dollar həcmində 1-ci tranşı üzrə abunə yazılışına uğurla start verdik.
Ceyhun Hacıyev sözügedən istiqrazların xüsusiyyətlərini də açıqlayıb:
– Nominal dəyər: 100 ABŞ dolları
– Gəlirlilik faizi: İllik 7%
– Ödəniş müddəti: Aylıq
– Tədavül müddəti: 7 il
– Növ: Sənədsiz, adlı, faizli, təmin edilməmiş, subordinasiya istiqrazları
PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Direktoru əlavə edib ki, potensial və aktiv investorlarımızı dollarda yüksək gəlir imkanı qazandıran bu investisiya fürsətindən faydalanmağa çağırıram. “Abunə yazılışına bizim onlayn platformamız vasitəsilə buradan müraciət edərək, qoşula bilərsiniz”,-deyə Ceyhun Hacıyev fikirlərini tamamlayıb.