“Xarici investorlar tərəfindən Azərbaycanın dövlətinin öz istiqrazlarına maraq var”
GDP xəbər verir ki, bunu “PAŞA Kapital” İnvestisiya şirkətinin İdarə Heyətinin sədri Ceyhun Hacıyev şirkətin maliyyə göstəricilərinə həsr olunmuş mətbuat konfrasında deyib.
O bildirib: “Əgər bizim bazarımızın infrastrukturu Mərkəzi Bankın strategiyasının sonuna kimi təkminləşdirilsə burada investorların sayı artacaq. Xarici investorlar bu riskə pozitiv baxır. “AzerGold” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) isrtiqrazlarına xarici investorlar maraq göstərir. Ona görə ki, bu dövlət təşkilat şirkətləridir. Həmin şirkətlərin müflis olmağının riski sıfırdır. Bu onlar üçün marağa səbəb ola bilər.”