ChatGPT-nin yaradıcısı olan OpenAI bəyanat yayaraq Çin startapı DeepSeek-i Amerika şirkətlərinin inkişaflarını öz süni intellekt modellərini təkmilləşdirmək üçün istifadə etməkdə ittiham edib.
GDP xəbər verir ki,bu səbəbdən OpenAI ABŞ hakimiyyəti ilə əməkdaşlığını gücləndirəcəyini və texnologiyalarını qorumaq üçün daha sıx tədbirlər görəcəyini açıqlayıb.
ABŞ Hərbi Dəniz Donanması milli təhlükəsizlik səbəbindən hərbçilərə DeepSeek-dən istifadəni qadağan edib.
Eyni zamanda, Microsoft araşdırma apararaq DeepSeek-in OpenAI-nin çıxış məlumatlarını icazəsiz şəkildə əldə edib-etmədiyini müəyyənləşdirməyə çalışır.
DeepSeek-in nüfuzuna zərbə vurmaq üçün aparılan kampaniyaya Britaniya mətbuatı da qoşulub. Daily Mail qəzeti Çinli şirkət təsisçisini qeyri-adi saç düzümü ilə ittiham etməyə qədər gedib.