ABŞ-nin neft nəhəngi Chevron-un səhmləri Venesuelada baş verənlər fonunda kəskin şəkildə bahalaşıb. GDP xəbər verir ki, şirkətin səhmləri ilkin ticarətdə 7,8% dəyər qazanıb, daha əvvəl isə bu artım 10%-ə çatmışdı.
Məlumata görə, Chevron Venesuelada fəaliyyət göstərən tək böyük ABŞ neft şirkətidir. Ölkədəki son siyasi-iqtisadi hadisələr və beynəlxalq təzyiqlər, neft bazarında təchizat narahatlığı yaratdığı üçün şirkət səhmlərinə investor marağını artırıb.
Bazar müşahidəçiləri qeyd edir ki, bu artım birbaşa olaraq Venesuela ilə bağlı təhlükəsizlik və təchizat gözləntilərinin dəyişməsi ilə əlaqədardır.

