Çində ən böyük qızıl və mis istehsalçısı olan Zijin Mining şirkəti, Rayqorodok qızıl mədənini 1,2 milyard dollara almaq üçün razılığa gəldiyini Honq Konq fond birjasında açıqlayıb.
GDP xəbər verir ki, şirkətin bildirdiyinə görə, Mərkəzi Asiyada yerləşən bu mədənin istismar müddəti 16 il, illik orta qızıl hasilatı isə təxminən 5,5 ton təşkil edir. Bu, Zijin Mining-in bu ilki istehsalına və gəlirinə əhəmiyyətli dərəcədə kömək edəcək.
Alış-satışın tamamlanması Çin və Qazaxıstan rəsmilərinin təsdiqindən asılıdır. Əgər müqavilə bağlansa, bu, son 6 ildə dağ-mədən şirkətləri arasında ən böyük satın alma əməliyyatı olacaq.