Çin hökumətinin alüminiumun ixracatına tətbiq etdiyi güzəştləri ləğv etməsi dünya bazarında alüminium qiymətlərinin 5,5% artmasına səbəb oldu
Londondakı Metal Birjasında alüminium qiymətləri cümə günü keçirilən ticarət sessiyasının nəticələrinə görə 5,5% artaraq 1 ton üçün 2,64 min dollar səviyyəsinə yüksəlib. Bu, apreldən bəri alüminium qiymətlərindəki ən böyük sıçrayış oldu.
Çin hökumətinin bu addımı, yeni seçilmiş ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən hər hansı proteksionist tədbirlərin qəbul edilməsindən əvvəl ölkənin ticarət profisitinin azaldılması cəhdi ola bilər.
Çin hökuməti alüminiumun ixracına tətbiq etdiyi vergi güzəştlərini ləğv edərək bu sektorun ixracatını məhdudlaşdırır. Bunun nəticəsində alüminium qiymətləri dünya bazarında kəskin şəkildə yüksəlib.
Həmin qərar Çinin ticarət profisitinin azaldılması üçün atılan addım ola bilər. Belə ki, yeni seçilən ABŞ prezidenti Donald Trampın ölkəsinə qarşı proteksionist siyasət yürütməsi ehtimal edilir.