Cənubi Koreya Gömrük Xidməti, Çin istehsalçılarının öz məhsullarını Cənubi Koreya məhsulları kimi təqdim etməyə başladığını açıqlayıb.
GDP xəbər verir ki, bu addım, Çin şirkətlərinin ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmaq məqsədilə həyata keçirilir.
Gömrük xidmətinin verdiyi məlumata görə, 2025-ci ilin birinci rübündə aşkar edilən tədarüklər arasında döşəklər, batareya komponentləri, aliminium pəncərələr və mikroelektronika məhsulları yer alıb. Bu məhsulların ümumi dəyəri 20,81 milyon ABŞ dolları təşkil edir. Məlumata əsasən, bu tədarüklərin 97%-i ABŞ-a göndərilib.
Bu hal, Çin istehsalçılarının, xüsusilə texnoloji və istehlak malları sahəsində, ABŞ-ın ticarət sanksiyalarından qaçmaq üçün qeyri-adi və riskli yollar axtardıqlarını göstərir. Cənubi Koreya rəsmiləri, belə tədarüklərin daha da artacağına dair narahatlıqlarını ifadə ediblər və bu cür fəaliyyətlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görüləcəyini bildiriblər.