Çin Mərkəzi Bankı yerli və xarici banklar və qurumlar arasında yuanda sərhədlərarası maliyyələşməni (istiqrazlar və banklararası kreditlər) asanlaşdırır.
GDP xəbər verir ki, bu addım ölkə xaricindəki ofşor yuanlardan istifadəni təşviq etmək məqsədi daşıyır.
Çin Xalq Bankının bu tədbirləri, yanvarın sonunda xarici investorlara daxili bazarda REPO əməliyyatlarında iştirak etməyə icazə verməsindən sonra həyata keçirilir. Gözlənilir ki, bu təşəbbüslər sərhədlərarası maliyyələşmənin həcminin artmasına səbəb olacaq.
Ofşor yuana artan tələbatı qarşılamaq üçün Honq Konq bu aydan etibarən “Biznesin Yuanla Kreditləşdirilməsi Proqramı”nın ümumi həcmini ikiqat artırıb. Banklar üçün əvvəllər müəyyən edilmiş kvota, müştərilərin ticarətin maliyyələşdirilməsi, kapital qoyuluşları və digər biznes məqsədləri üçün yuandan daha çox istifadə etməsi səbəbindən artıq tükənmişdi.

