Çin, dünyada sintetik almaz istehsalının 70%-dən çoxunu təşkil edir və bu, süni daşların qiymətinin sürətlə düşməsinə səbəb olub.
GDP xəbər verir ki, Financial Times tərəfindən yayımlanan məlumata görə, 2020-ci ildə 3 karatlıq laboratoriya almazı 29 min dollar dəyərində idisə, hazırda bu qiymət 4 min dollardan azdır. Qiymətlərin səkkiz dəfə aşağı düşməsi, bazarda süni daşların dominant mövqeyini daha da gücləndirir.
Təbii almazlar, hətta ənənəvi bazarlarda belə, sintetik daşlara qarşı mövqelərini itirir. ABŞ-da nişan üzüyü bazarında süni daşların payı artıq 50%-i keçib. Ekspertlərin proqnozlarına görə, 2030-cu ilə qədər, nişan üzüyündəki almazların 80%-i süni olacaq.