Çin Xalq Bankı transsərhəd hesablaşmalarda yuanın minimum payını əvvəlki 25%-dən 40%-ə qaldırıb. Bloomberg-in məlumatına görə, bu addım ABŞ ilə davam edən ticarət gərginliyi fonunda dollara olan asılılığı azaltmaq məqsədi daşıyır.
Məlumatda bildirilir ki, bu tələb məcburi olmasa da, ona əməl edilməməsi bankların yoxlamalar zamanı qiymətləndirmələrinə mənfi təsir göstərə və bankların inkişaf imkanlarını məhdudlaşdıra bilər.
Çin hökuməti yuanın beynəlxalqlaşmasını sürətləndirməyə çalışır. Bu, xüsusilə aprel ayında yuanın qlobal hesablaşmalardakı payının 3.5%-ə qədər azalması ilə əlaqədardır. Eyni zamanda, Çin Şanxay şəhərində transsərhəd maliyyə xidmətlərinin təkmilləşdirilməsi və ixracatçılarla idxalçılar üçün güzəştlərin tətbiqini vəd edir.