Çin ABŞ-ın 12 şirkətinə sanksiya tətbiq edilməsi barədə qərar verib.
GDP xəbər verir ki, bu qərar ABŞ-ın Tayvana silah tədarük etməsi və Çin şirkətlərinin rusiyalı tərəfdaşları ilə əməkdaşlığa görə tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq qəbul edilib.
Sanksiyaya məruz qalan korporasiyaların yüksək səviyyəli rəhbərlərinin Çinə girişi qadağan edilib. Onların qonaq statusu və rezidentlik müraciətləri ləğv ediləcək.
Bu sanksiyalar əsasən suveren dövlətin üsyankar bölgəsinə silah tədarükünü davam etdirən ABŞ müdafiə sektorunun nümayəndələrini hədəf alır.