Çinin avtomobil şirkəti SAIC Motor və Huawei yeni bir avtomobil zavodu tikir.
GDP xəbər verir ki, yeni zavod Şаnxay azad ticarət zonasında inşa olunacaq. İlk mərhələdə illik istehsal gücü təxminən 250 min avtomobil təşkil edəcək.
Bu zavodda SAIC Motor şirkətinin yeni brendi Shangjie istehsal olunacaq.Brendin ilk nümayəndəsi Huawei-nin süni intellekt sistemləri ilə təchiz edilmiş yolsuzluq maşını olacaq.
Avtomobil iki versiyada buraxılacaq: elektrik motoru ilə və hibrid quraşdırılmış versiya.Elektrik avtomobili bir dəfə yüklənməklə 600 km-dən artıq yol gedə biləcək.