20 il əvvəl Çinin avtomobil istehsalının qlobal avtomobil istehsalında payı cəmi 1% təşkil edirdi.
GDP -nin məlumatına görə, 2024-cü ilə qədər bu rəqəm sürətli artım nəticəsində 39%-ə çatı. Xüsusilə 2008-2010-cu illər arasında Çində avtomobil istehsalında kəskin sıçrayış müşahidə olunur ki, bu da ölkənin sənaye potensialını artırması və qlobal bazarda lider mövqeyə yüksəlməsinin göstəricisidir.
Son 20 il ərzində eyni zamanda, digər böyük regionların avtomobil istehsalında payı azalmaqda davam etmişdir. Məsələn, Avropa 2000-ci ildə dünya avtomobil istehsalının 30%-dən çoxuna nəzarət edirdi, lakin bu göstərici tədricən azalaraq 2024-cü ildə 13%-ə enmişdir. Yaponiya isə 2000-ci ildə təxminən 20%-lik paya sahib idi, lakin 2024-cü ilə qədər bu göstərici 12%-ə düşüb.
ABŞ-ın vəziyyəti daha dramatik olmuşdur. 2000-ci ildə ABŞ avtomobil istehsalında 13%-ə yaxın paya malik idisə, 2024-cü ildə bu rəqəm 3%-ə qədər azalmışdır. Bu, ABŞ avtomobil sənayesinin qlobal rəqabətdə pay itirməsini və Çinin yüksəlişi ilə daha da zəifləməsini göstərir.
Ümumilikdə, qrafik Çinin avtomobil sənayesindəki inanılmaz yüksəlişini və qlobal bazarda üstün mövqeyə sahib olduğunu aydın şəkildə əks etdirir. Ənənəvi istehsalçılar olan Avropa, Yaponiya və ABŞ isə bu dövr ərzində öz paylarının əhəmiyyətli bir hissəsini itirmişdir. Bu dəyişikliklər Çinin iqtisadi gücünü artırması, texnologiya və istehsal sahəsində böyük addımlar atması ilə əlaqədardır.