Qiymət proqnozlarını təhlil edən və bazar dinamikasının dəyişdiyini açıqlayan Citigroup Inc-ə görə, Çinin polad istehsalçıları hasilatı azaltdıqca, dəmir filizi 80 dollar/ton diapazonuna enməyə başlayır.
GDP xəbər verir ki, dəmir filizi bu ay 2022-ci ildən bəri ən aşağı qiymətə ticarət olunur. Citigroup filizi üzrə üç aylıq proqnozu bir ton üçün 95 ABŞ dollarından 85 ABŞ dollarına endirilib. Bazar ertəsi günü 2,9% dəyər qazanan Sinqapur fyuçersləri bu gün Bakı vaxtı ilə 14:07-də 0,9% ucuzlaşaraq 93,80 ABŞ dolları təşkil edib.