Bulud əsaslı təhlükəsizlik və performans şirkəti Cloudflare-nin baş direktoru Metyu Prins, 2027-ci ilə qədər internet trafikində botların insanları üstələyə biləcəyini açıqlayıb. GDP xəbər verir ki, süni intellekt texnologiyalarının sürətli inkişafı ilə internetin əsas dinamikasının dəyişmək üzrə olduğu bildirilir.
Prinsin açıqlamasına görə, müasir süni intellekt agentləri insanların eyni vaxtda cəmi 5 nişan (tab) aça bildiyi halda, minlərlə səhifəni eyni anda idarə edə və təhlil edə bilir. Keçmişdə botlar ümumi internet trafikinin təxminən 20 faizini təşkil edir və əsasən spam, fırıldaqçılıq və kiberhücumlarla əlaqələndirilirdi.
Lakin son dövrlərdə axtarış motorlarında istifadə edilən süni intellekt agentlərinin də geniş yayılması botların sayında kəskin artıma səbəb olub.

