Deutsche Bank hesab edir ki, qlobal bazarların yeni geosiyasi düzəne uyğunlaşması ilə birgə ABŞ dolları ənənəvi təhlükəsiz liman statusunu itirə bilər.
GDP xəbər verir ki, bankın qlobal valyuta strategiyası rəhbəri George Saravelos, ABŞ-ın əsas ticarət tərəfdaşlarına tətbiq etdiyi gömrük vergilərini artırmasına baxmayaraq, dolların əhəmiyyətli dərəcədə güclənmədiyini qeyd edib.
Deutsche Bank-ın bu analizi, dolların bugünkü dəyər itkisinə əsaslanır. ABŞ-ın əsas ticarət tərəfdaşlarına əlavə gömrük vergiləri açıqlaması ilə yüksəlməsi gözlənilən dollar indeksi bu gün 0,7% azalma nümayiş etdirib.
Saravelos, “Bugünkü bazar reaksiyasında diqqət çəkən şey, dolların əhəmiyyətli dərəcədə güclənməməsidir. İlın əvvəlində bu bazar hərəkətlərini gözləmirdik.” ifadəsindən istifadə edib.
Saravelos, dollarla riskli aktivlər arasındakı azalan tarixi əlaqəyə və ABŞ-ın artan cari əməliyyat açığına diqqət çəkdi və bunun adətən dolların “həddindən artıq dəyər qazandığının” sərhədlərini müəyyənləşdirdiyini söylədi. Onun komandası hazırda ABŞ valyutası ilə bağlı neytral mövqeyini aktual saxlayır.