“Zoopolis-2” animasiya filmi kassada tarixi nəticə göstərdi. Film təqdim edildiyi ilk 17 gündə dünya üzrə ümumi gəliri 1 milyard dollar həddini aşaraq, animasiya filmləri arasında ən sürətli rekordunu təzələdi.
Film təxminən 150 milyon dollarlıq istehsal büdcəsi ilə çəkilib və artıq gəlirliliyini çoxdan qatlayıb. Tənqidçilər və tamaşaçılar tərəfindən də yüksək qiymətləndirilən filmin, Rotten Tomatoes aqqreqatorunda izləyici reytinqi 96%-dir.

