2024-cü ilin ikinci rübündə ABŞ dollarının dünya valyuta ehtiyatlarındakı payı 58,22%-ə düşüb.
GDP xəbər verir ki, bu, 1995-ci ildən – statistikanın aparılmağa başladığı dövrdən bəri ən aşağı göstəricidir. Ekspertlərin fikrincə, bu, dolların son 50 il ərzində ən zəif mövqeyidir.
Analitiklər ABŞ-ın son illərdə həyata keçirdiyi geniş sanksiya siyasətinin dolların qlobal mövqeyinə mənfi təsir göstərdiyini qeyd edirlər.
ABŞ-ın maliyyə sanksiyalarından intensiv istifadə etməsi beynəlxalq ticarətdə alternativ hesablaşma vasitələrinə marağı artırıb.