ABŞ dolları dünya bazarlarında son üç ilin ən aşağı səviyyəsinə enib.
Eyni zamanda, Amerika dövlət istiqrazları (treasury bond) da kəskin şəkildə ucuzlaşıb.Bu enişin əsas səbəbi kimi, investorların gözləntilərini pozan zəif ABŞ istehsalat fəaliyyəti göstəriciləri göstərilir.
Məlumatlar iqtisadi yavaşlamanın güclü əlamətləri kimi qiymətləndirilib.Bundan əlavə, ABŞ hökumətinin artan dövlət borcu yükünün öhdəsindən gələ bilməyəcəyi ilə bağlı təkrarlanan xəbərdarlıqlar da investor bazarında narahatlıq və təhlükəsiz aktivlərdən çıxışı gücləndirib.