ABŞ Prezidenti Donald Tramp, ABŞ Mərkəzi Bankının (FРS) sədri Jerome Powell-i işdən çıxarmaq niyyətində olmadığını bəyan edib. Prezident, Powell-dan əsas faiz dərəcəsini mümkün qədər tez azaltmağı tələb etdiyini vurğulayıb.
Tramp, jurnalistlərə verdiyi açıqlamada, “Mən onu işdən çıxarmaq istəmirəm. İstərdim ki, o, əsas faiz dərəcəsini azaltma ideyası ilə bağlı bir az daha aktiv olsun. Bu, əsas faiz dərəcəsini azaltmaq üçün mükəmməl bir zamandır,” – deyə bildirib.