ABŞ Prezidenti Donald Tramp öz layihələrini reallaşdırmaq üçün korporativ donorlar vasitəsilə təxminən 2 milyard dollar vəsait toplayıb.
GDP xəbər verir ki, bu barədə “Axios” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, layihələr arasında Ağ Evdə mərasim zalının tikintisi, həmçinin ABŞ-nin yaxınlaşan 250 illiyi münasibətilə keçiriləcək tədbirlər də var.
Qeyd olunur ki, indiyədək heç bir ABŞ prezidenti bu qədər qısa müddətdə və bu qədər müxtəlif məqsədlər üçün bu həcmdə maliyyə toplaya bilməyib.
Məlumata əsasən, Tramp bu təşəbbüslərə hələ vəzifəyə başladığı ilk günlərdən diqqət yetirir və dayanmaq niyyətində deyil.

